Blog nədir, blogger kimdir?

Blog nədir, Blogger kimdir?

Blog nədir, blogger kimdir?

Blog nədir, blogger kimdir? Bu suallara bu dəfəki "blog yazımda " cavab verməyə çalışacam.

Əvvəla bunların hardan ortaya çıxdığı haqqında bir neçə cümlə yazmaq istəyirəm. Texnologiya dünyasında artıq hərkəs bir formada özünü rahatlıqla twitter, facebook, instagram kimi mühitlərdə ifadə edə bilir və ya görüntülü olaraq youtube, vimeo kimi video paylaşım platformalarını istifadə edə bilir. Bu kimi sosial paylaşım saytlarının yanında bəzi insanlar mənə bu mühitlər fikirlərimi paylaşa bilmək üçün kifayət deyil dediyi zaman blog saytları ortaya çıxmağa başladı. Məqalənin sonuna doğru Instagram, Twitter və s. platformalarda paylaşım edib özünə blogger deyənlər barədə də bir neçə cümlə yazacam. İndi isə keçək ilk sualımıza:

Blog Nədir?

Blog sözü İngiliscə "web " və "log " sözlərinin birləşməsindən yaranmış və zamanla "blog " halını almışdır. Mənası isə "web gündəliyi ", "onlayn gündəlik " deməkdir. Bir mövzu haqqında fikir sahibi bir şəxsin gündəlik olaraq yazı yaza bildiyi, fikirlərini paylaşdığı mühitə blog deyilir. Məsələn bir aşpaz, bir fotoqraf, bir dizayner və ya bir müəllimsiniz və özünüzü sizə aid bir saytda ifadə etmək istəyirsiniz. Bunun üçün limitsiz sayda yazı və şəkil paylaşmaq, sizi izləyənləri yazılarınızla məlumatlandırmaq istəyirsiniz. Elə bu anda blog saytları meydana gəlir. 

Blog saytlarının artmasındakı digər amma vacib bir səbəb, gördüyüz qeyri-professional və ya professional işiniz qarşılığında reklamlarla və ya birbaşa saytınız üzərindən paylaşdığınız yazılarla pul qazana bilməyinizdir. Əgər saytınıza çox sayda istifadəçi toplaya bilsəniz birbaşa reklamlarla və ya Google Adsense kimi reklam verən qurumlar ilə pul qazanmağınız mümkündür. Eyni zamanda hazırladığınız bir məhsulu və ya işi blogunuzda sataraq da pul qazana bilərsiniz(blog saytından pul qazanmaq barədə növbəti məqalələrimdən birində ətraflı məlumat verəcəm).

Hazırladığınız blog saytından şərhlər alaraq özünüzü bu istiqamətdə inkişaf etdirə bilər, şərhlərə cavab verərək izləyicini məlumatlandıra bilərsiniz. Blog saytlarının ən gözəl xüsusiyyətlərindən biri isə istifadəçi ilə daimi təmas halında olmağınızdır. 

Sosial mediada olan hesablarınızı blogunuzla əlaqələndirərək daha çox insana fikirlərinizi çatdırmağınız mümkündür. Blogunuzda yazdığınız yazıları an içərisində sosial media platformalarında paylaşılmasına şərait yaradan plaqinlər mövcuddur. 

Bəs bunun üçün haradan başlayacaqsınız? Mən WordPress ilə blog hazırlamanın başlanğıc olaraq kifayət edəcəyini düşünürəm. Bundan başqa blogger.com saytı kimi daha başqa böyük-kiçik bir çox blog saytı yaratmağınıza yarayan platformalarda mövcuddur.
 WordPress ilə blog açmaq üçün əvvəla WordPress.Com ilə WordPress.Org arasındakı fərq nədir? başlıqlı yazımızı oxumağınızı tövsiyyə edirəm. Arasındakı fərqləri anladıqdan sonra istədiyiniz üsul ilə blog saytınızı aça bilərsiniz. 

Milyonlarla blog saytı və milyonlarla blogger olan web aləmində blog nədir sualına çox amma çox qısa şəkildə cavab verməyə çalışdım. Daha sonrakı yazılarımda da blog ilə bağlı əlavə məlumatlar verməyə davam edəcəm.

Blogger kimdir?

Hər halda yuxarıdakı açıqlamalarımdan sonra bu terminin izahını verməyə ehtiyac qalmamışdır amma mən yenə də izah edim. Blogger bu saydığım işləri internet mühitində həyata keçirən şəxsi bildirən İngiliscə bir sözdür. Azərbaycan dilində qarşılığı "Blog Yazarlığı” olaraq, şəxsi blog saytında bu işlə məşğul olan şəxsə aid bir "vəzifə”dir.

 

Mikro Blogging, sürətli mesajlaşma sistemi və ənənəvi blog konseptinin bir arada istifadə edilməsi ilə yaranmış bir növ blog üslubudur.

Mikroblogging üçün göstərə biləcəyimiz ən məşhur və tanınmış nümunələrdən biri Twitter-dir. Yeni nəsil mikroblogging üçün ən yaxşı nümunə olaraq bütün dünyada qəbul edilən Twitterdə istifadəçilər, özlərinə hazırladıqları mikrobloglar vasitəsilə digər insanlarla əlaqədə ola və mikropostlar paylaşa bilirlər. Mikrobloggingdə də məzmunlar eynilə normal blogda olduğu kimi fərqli tərkibli ola bilirlər. Bir mesaj eyni anda şəkil, video, səs və ya linklərlə birlikdə paylaşıla bilir. Ya da mesajın özü bu paylaşım növlərində sadəcə biri də ola bilir.

Mikroblogging trendi ənənəvi blog trendinə görə çox daha sonra meydana gəlmiş bir blog növüdür. Bu işlə məşğul olan şəxslərə MikroBloggerlər deyilir və ölkəmizdə də ən geniş yayılmış blog üsulu budur. Baxmayaraq ki Azərbaycanda hardasa bütün MikroBloggerlər özlərinə "Blogger " deyirlər, bu iki anlayışı bir-birlərindən ayıran fərqlər mövcuddur.

Ən Məşhur Mikroblogging Platformaları

Əslində heç hiss etməsənizdə çox güman ki siz də bir mikro bloggersiniz. Artıq insanlar uzun yazılar yerinə əsasən daha qısa və mənalı paylaşımları görmək istəyirlər. Bu səbəbdən Mikroblogging də yeni nəsil blog üsulu olaraq vacib bir yerə sahibdir. Siz də bir mikroblog yaratmaq istəyirsinizsə (çox gümanki artıq istifadə edirsiniz) aşağıdakı ən məşhur mikroblogging saytlarına bir göz atmağınızı tövsiyyə edirik:

 

Twitter: Twitter, mikroblogging barədə hazırda bilinən ən məşhur nümunələrdən biridir. 140 simvolluq paylaşım limiti ilə bugün belə varlığına davam edən Twitter vasitəsilə özünüzə asan və sürətli bir microblog yarada bilərsiniz.

Tumblr: İlham mənbəsinin Twitter olduğu düşünülən Tumblr, istifadəçilərinə daha az limit və daha çox xüsusiyyət təklif edən başqa bir mikroblogging platformasıdır.

Instagram: Instagram da mikrobloggingin ən vacib nümunələrindən biridir. Instagramda bəlkə yazını çox daha az istifadə edirik amma foto bloglar yaradaraq yüksək oxuyucu əldə edə bilirik.

Vine: Vine sadəcə bir mikrobligging deyil həmçinin vlogging üçün də ən çox üstünlük verilən məşhur bloglardan biridir. Buradakı videolar içərisindən insanlar öz yaşantıları və bağlı mövzular haqqında qısa məzmunlar paylaşaraq vacib bir mikroblogging nümunəsi ortaya çıxardırlar.

"Mikroblogging "in üstünlükləri nələrdir?

Bura qədər Mikrobloggingin nə olduğunu açıqladıq. Yaxşı bəs niyə blog sahibi olmaq yerinə mikroblog sahibi olmaq istəyəsiniz ki? Çünki mikroblogging ənənəvi bloggingə nisbətən daha çox üstünlük təklif edir.

- Məzmun hazırlamaq üçün sərf edilən zaman daha azdır. Mikroblogging çox daha sürətlidir, çox keyfiyyətli bir məzmun yaratmaq üçün belə ənənəvi bloggingə nisbətən çox daha az zaman sərf etməli olursunuz.

- Çox daha artıq insan tərəfindən əlçatan olursunuz. Belə ki, mikroblogging məzmunları adətən o şəbəkədəki digər mikro bloggerlər tərəfindən görülür və onlarda sizin postunuzu paylaşırlar. Uzun sözün qısası başladığınız anda 1:0 irəlidəsiniz deməkdir.

- Daha az zamanda məzmun yaratdığınız üçün məzmun sayını daha artıq edə bilirsiniz. Beləcə heç yenilənməyən ənənəvi bir blog yerinə son dərəcə aktiv bir mikrobloga sahib ola bilirsiniz.

- İzləyicilərlə əlaqə qurmaq daha asandır. Sizi izləyən insanların divarlarında yer aldığınız üçün yeni bir şey paylaşdığınızda ürəyinizi sıxıb, "Yeni paylaşımı daha çox insana necə çatdıra bilərəm? " deyə düşünməyinizə ehtiyac yoxdur.

 

Ümid edirəm bu məqaləmdə anlatmaq istədiklərim sizlərə tam aydın olmuşdur. Ən əsası Mikro Blogger ilə Blogger arasındakı fərqi anladınız və bu yazını oxumayan Azərbaycanlı mikrobloggerlərə də bu yazıda oxuduqlarınızı başa salaraq onların əslində Mikro Blogger sayıldıqlarını izah edə bilərsiniz.

Daha çox insanın işinə yarayacağını düşünürsünüzsə bu məqaləni paylaşın. Paylaşmaq gözəldir!

Ümid edirəm bu məqalə "Blog nədir? Blogger kimdir?” sualına cavab axtaranlara köməkçi olacaqdır. Paylaşın ki hərkəs oxusun, məlumat paylaşdıqca çoxalır. Xeyirli bloglar...