Php Nədir?

Php nədir

Php Nədir?

PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir. PHP Əsasən web həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir. Məsələn, formadakı məlumatları qəbul edərək emal edən skript yaratmaq, saytda axtarış sistemi reallaşdırmaq və ya qeydiyyat sistemi yaratmaq mümkündür.  PHP demək olar ki, hər platformada işləyə bilir. PHP eyni kod əsasını istifadə etdiyi üçün, UNIX, Windows (95/98/NT/2000)Mac OS daxil olmaq üzrə 25 platformada yığılıb qurula bilər. Kodlar eyni olduğundan scriptə platformadan müstəqil olaraq çalışacaq. PHP, fayl uzantısı ala bilməkdədir. Tətbiqin içərisində iştirak edən nüvə mühərrik (Zend tərəfində yazıldı), bir sıra sadə kod modullarından və kod uzantılarından ibarətdir. Bu səbəblə programcılara PHP uzadılmaları yaradaraq bəzi xüsusi əməliyyatlarını edə bilmələri üçün iki variant təqdim edilir; ya uzantı modullarını yazaraq tətbiq oluna bilən bir yığma etmək, ya da PHP-nin dinamik yükləmə mexanizmi yüklənə tətbiq oluna uzatmalar yaratmaq. PHP bir çox məlumat bazası interfeysi saxlayır. PHP, MySQL, MS SQL, Oracle, Informix, PostgreSQL və digərləri birbaşa işləyə bilir. Bunlar ikili ədəd düzenindeki interfeysləri ibarətdir və bu həllər üçün verilənlər bazasının dəstəklənmədiyi yerlərdə ODBC dəstəyi təmin edir. PHP'nin quruluşu C, Perl və Java dilinə oxşayır. PHP, XXI əsrdə məşhurlaşmışdır. PHP daxilində HTMLdən də istifadə etmək mümkündür. Bunun üçün bağlama tagindən istifadə edilməlidir.

1. Açma və bağlama tagləri

PHPdə kod yazmağa başladığınız zaman açma və bağlama tagləri göstərilməlidir. Əks təqdirdə PHP bunu oxuya bilmir. Bunu;
 

?>
 

 2. Şərh vermə

PHPdə mövcud olan bu funksiya ilə siz yazdığınız kodlara şərh verə bilərsiniz. Məsələn;

// Burada tək sətrlik şərh yaza bilərsiniz.

/* Burada isə
Çox sətrli
Kod yaza
Bilərsiniz. */
?>

3. Ekrana yazdırma

PHPdə istədiyiniz bir şeyi ekrana yazdırmaq üçün iki yol mövcuddur. print və echo . Bunlar arasında əsasən echo dan istifadə olunur.
Məsələn:

 
  echo "Bu mənim ilk işimdir.";

?>
 

 Ekranda çıxacaq: Bu mənim ilk işimdir.

PHP, echo daxilində yazılan yazını ekranda göstərər. Yazılan yazı "..." aralığında yazılmağı və sonuna ; qoyulmasını tələb edir. Əks təqdirdə kod işləməyəcək.

Lakin yazacağınız yazı rəqəmlərdən ibarətdirsə o zaman "..." işarəsinə gərək qalmır. Məsələn;
 

  
  echo 6;

?>
 

Ekranda çıxacaq:: 6

 

5. Dəyişkənlər 

PHP'də dəyişkən yaratmaq üçün $ işarəsindən istifadə edilir.

Məsələn;

  $deyishken = "Bu mənim ilk dəyişkənimdir."; // Burada biz ilk dəyişkəni yaratmış olduq. Dəyişkənə istədiyiniz adı verə bilərsiniz.
     echo $deyishken; // Burada isə $deyishken'i "..." daxilinə almadıq. Lakin istəsək, ala bilərik.
?>
Ekranda çıxacaq: Bu menim ilk isimdir

 

6. HTML daxilində php istifadə etmək

HTML səhifələrin daxildə php proqramlar yazıla bilər. Bu zaman php bu faylı oxuyarkən onu ancaq yazı kimi qəbul edir. Lakin xüsusi teqlərə rast gəldikdə, artıq onu php kod kimi başa düşür və bağlayıcı teqə qədər olan sətirləri tərcümə etməyə başlayır. Başa düşdüyünüz kimi HTML içərisinə php kod daxil etdikdə onu xüsusi teqlər arasında yazmaq lazımdır ki, həmin hissələri php kimi tərcümə etsin. Əks halda onları da yazı kimi oxuyacaq. Bu teqlər müxtləlif formada ola bilər. Bunu etməyin bir çox yolu var. Məsələn:

";
   echo "
";
   echo "

";
   echo "";
   echo "

İstədiyiniz bir şey yazın.

Bu ikisi bir-birinin eynidir ""
  

Bir başqa yolu isə:
   echo "

";
   echo "";
   echo "

 

?>

Gördüyünüz kimi yuxarıdakı formada yazılan kod olduqca uzun olur. Ayrıca bu metod kiçik kodları yazmaq üçündür. Çoxlu HTML tag'ini PHP daxilində yazırıqsa, o zaman bunun üçün alternativ bir yolumuz da var.
 

<html><head><title> Çoxlu yazı və HTML tag'i. </title></head>
 <body>
  <h3>Çoxlu yazı və HTML tag'i.</h3>
    <?php
       $rma = <<<RMA
         Buraya istədiyimiz qədər yazı və ya HTML tag'i yaza bilərik.
  <h1>Çoxlu yazı və HTML tag'i.</h1>
                 RMA;
                  echo ("$rma");
    ?>
 </body>
</html>

Yuxarıda yazdığımız kodda RMA və RMA; aralığında istədiyimiz qədər HTML tagi yaza bilərik. Bu metoddan istifadə etmək üçün ilk öncə <<  

 

PHPdə riyaziyyat

Hər bir proqramala dili kimi, PHP də müxtəlif məsələləri həll etməyə qadirdir. Riyazi məsələlər isə bunların arasında mövcud olan ən sadələrindəndir. Aşağıda göstərilən koda nəzər salaq.

$x = 1;
$y = 2;
$z = 3;

$netice = $x + $y - $z; // Burada PHP x, y və z'ə verdiyimiz dəyərlər üzərində riyazi əməllər yerinə yetirir.

echo $netice; // Alınan nəticə ekrana yazıldı.

?>

Ekranda çıxacaq:    0

Qeyd etdiyimiz kimi, yuxarıdakı nümunədə x, y və z'ə verdiyimiz dəyərlərin üzərində kiçik riyazi əməllə etdik. Burada əsas olan echo əmrindən istifadə zamanı " " işarəsindən istifadə edilməməsidir. Əgər " " işarəsindən istifadə etsəydik, PHP bizə, 1 + 2 - 3 olaraq göstərəcəkdi. Burada echo əmrindən istifadə zamanı ()dən istifadə edə bilərik. Növbəti nümunəyə baxaq;

$x = 1;
$y = 2;
$z = 3;
$n = 4;
echo (($x + $y + $z + $n)+($x + $y + $z + $n)/2); 
?>
Ekranda çıxacaq:
 10


Yuxarıda göstərdiyimiz nümunədə isə iki məsələni ( ) daxilinə alaraq, bir-biri ilə topladıq. Nəticəni də echo vasitəsi ilə ekrana yazdırdıq. Lakin burada diqqət edəcəyiniz bir şey var. Belə ki, echo əmrinin özünün də mötərizəsi var. Belə ki; echo( (birinci) + (ikinci) ); kimi bir misal mövcuddur. PHP bu iki mötərizənin daxilində mövcud olan ədədləri hesablayır və sonra mötərizələri açaraq problemi həll edir. Son olaraq isə alınan nəticəni ekrana yazdırır. İlk və son mötərizə echonun öz mötərizəsidir, daxildə mövcud olanlar isə misalların mötərizələridir.

Ehtimal və yoxlama ifadələri
PHP dili, axını bol olan bir proqramlaşdırma dilidir. Bu axını yoxlamaq, filtrləmək, nəzarət altına almaq, redaktə etmək və yoxlamaq üçün bəzi ifadələr mövcuddur. Eyni zamanda bu ssenariyə riyazi ehtimal da qazandırır. Bu ifadələr, kodların daxilində iç-içə keçərək, axını qaydasına salar.

If, Else, Elseif
Hər bir proqramlaşdırma dilində olduğu kimi PHP dilində də IF ifadəsi mövcuddur. Mənası ƏGƏR-dir. Bu ifadə; əgər bu belədirsə, bunu et vəya əgər bu belə deyilsə, bunu etmə. Həmçinin əgər bu baş verərsə, bunu et vəya etmə əmrini vermək üçün istifadə edilir.

$x = 1;
$y = 2;
if ($x == $y)       // Əgər göstərilən ədəd True(düzgün)dürsə...
     echo "Göstərilən dəyərlər bir-birinə bərabərdir."; // Ekrana bunu yazdır.
else               // Əgər False(səhv)dirsə...
     echo "Göstərilən dəyərlər bir-birinə bərabər deyildir."; // Ekrana bunu yazdır. 
?>

Yuxarıda göndərdiyimiz istəyə, PHP cavab verir; Göstərilən dəyərlər bir-birinə bərabər deyildir.

 

Yuxarıda nümunə olaraq göstərdiyimiz kodu izah etsək; biz burada x və y'ə dəyərlər verdik və PHP'ə bu dəyərlərin bir-birinə bərabər və ya qeyribərabər olduğu barədə sorğu göndərdik. PHP bu dəyərləri nəzərdən keçirdi və bizə cavab verdi. IF əmri ümumi olaraq ELSE ilə istifadə edilir. Yəni (if) əgər bu belədirsə, bunu et, (else) elə deyilsə, bunu et. DİQQƏT: Əgər yuxarıdakı nümunədəki kimi sadə, tək iş əmr edirsinizsə, if, elseif və ya elseni { } işarələri ilə bağlamağa ehtiyac yoxdur. Lakin uzun bir prossesdirsə, burada { } işarələrindən istifadə edilməsi zəruridir!
 

$x = 1;
$y = 2;
if ($x == $y)
     {
     echo "Göstərilən dəyərlər bir-birinə bərabərdir.";
     echo "Yəni:
";
     echo $x . "və" . $y . "bir-biri ilə eyni dəyərdədir.";
     }
else
     {
     echo "Göstərilən dəyərlər bir-birinə bərabər deyildir.";
     echo "Yəni:
";
     echo $x . "və" . $y . "bir-biri ilə eyni dəyərdə deyildir.";
     }
?>

 

Ekranda çıxacaq:

Göstərilən dəyərlər bir-birinə bərabər deyildir. Yəni: 1 və 2 bir-biri ilə eyni dəyərdə deyildir.

Burada siz diqqət etməlisiniz ki, if ifadəsinə birdən daha çox əmr verdiyimiz üçün { } işarələrindən istifadə edilməsi zəruriləşdi.